Qərbi Azərbaycan İcması Avropa İttifaqını və ABŞ-ı ikili standartlar siyasətinə son qoymağa çağırıb

Tokio, 22 mart , /AJMEDIA/

Bir sıra mətbu orqanlarda aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə xəbərlər yayılıb.

Hesab edirik ki, son vaxtlar bəzi dairələrin Azərbaycanı məqsədli şəkildə hədəfə alan düşmənçilik kampaniyası, xüsusilə “Avropa Sülh Təsisatı” (EPF) vasitəsilə Ermənistana hərbi yardımlar edilməsi cəhdləri fonunda Brüssel görüşü Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına xidmət etməyən, yanlış mesajlar verən bir addımdır.

AJMEDIA xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin bildirilib ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması kimi təhlükəli tendensiyanın daha bir nümunəsidir.

“Təəssüflə bildiririk ki, dəfələrlə haqq işimizin dəstəklənməsi ilə bağlı müraciətlərimizə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ onlara etinasız yanaşır.

Qərbi Azərbaycan İcması daim beynəlxalq hüquqa, insan hüquqlarına hörmətdən dəm vuran Avropa İttifaqını və ABŞ-ı ikili standartlar siyasətinə son qoymağa, şübhəli gündəliklə görüş keçirməməyə, keçirdiyi halda isə görüşdə Ermənistanın militarist siyasətindən əl çəkməsi və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına, UNESCO-nun faktaraşdırıcı missiyasının səfərinə imkan yaradılması məsələsini Ermənistan qarşısında qaldırmağa çağırır”, – deyə bəyanatda qeyd olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts