Qərbi Azərbaycan İcması ABŞ-ın Ermənistandakı səfirinin İstisuya səfəri ilə bağlı bəyanat yayıb

Tokio, 19 avqust , /AJMEDIA/

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin məlumat verdiyi kimi, bu gün səfir Kristina Kvien İstisu (Cermuk) qəsəbəsinə səfər edib. Biz xanım səfirin İstisuya hansı məqsədlə səfər etməsi barədə məlumata malik deyilik. Lakin, səfirin İrəvandan gələrkən İstisu daxil olmaqla əvvəllər azərbaycanlıların yaşamış olduqları, məscidlərinin, qəbiristanlıqlarının dağıdıldığı, təhqir edildiyi yaşayış məskənlərindən keçdiyini bilirik.
AJMEDIA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.
“Bilmək istərdik ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-ın Ermənistanda, – etnik təmizləmə yolu ilə monoetnik məkana çevrilmiş bir dövlətdə, – səfiri olan xanım Kvienin akkreditə olunduğu ölkədə tüğyan edən irqçilik və qeyri-tolerantlığın aradan qaldırılması və azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulan qayıdış hüquqlarının reallaşdırılması üçün nələr edir.
Biz, həmçinin fürsətdən istifadə edərək, ABŞ tərəfini etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarına dəstək verilməsi xahişi ilə Dövlət katibi Antoni Blinkenə göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq”, – deyə İcmanın bəyanatında vurğulanıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts