Qəmər bəyim Şeyda arxivinin təsviri” kitabı işıq üzü görüb

Tokio, 4 may , /AJMEDIA/

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Nərgiz Mustafazadənin tərtib etdiyi “Qəmər bəyim Şeyda arxivinin təsviri” adlı kitab çapdan çıxıb.
Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib. Kitabda XIX əsr Azərbaycan şairi, dramaturq Qəmər bəyim Şeydanın Əlyazmalar İnstitutunda qorunan, 42 saxlama vahidindən ibarət şəxsi arxivində mühafizə olunan materiallar – bədii əsərlər, məqalə, xatirə, sənəd, məktub və fotolarının müfəssəl təsviri yer alıb.
“Şuşa İli”nə və Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan yeni nəşrin redaktoru Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru Nailə Səmədova, rəyçisi həmin şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovadır.
Qeyd edək ki, Xurşidbanu Natəvanın təsiri ilə əsərlər yazan Qəmər bəyim Şeyda Şuşa ədəbi mühitinin yetirməsi, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qız nəvəsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts