Tokio, 11 sentyabr , /AJMEDIA/
Sentyabrın 10-da Qəbələ şəhərində Vətən müharibəsi şəhidi İqbal Babayevin doğum günü münasibətilə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilən kompleksin açılışı olub.
Bu barədə AJMEDIA-ya Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Kompleksin açılışında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.