Qəbələ və Moskva arasında birbaşa hava əlaqəsi açılıb

Tokio, 17 yanvar, /AJMEDIA/

Cari ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.

AJMEDIA xəbər verir ki,“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, “Nordwind” aviaşirkəti 189 sərnişin oturacağı olan “Boeing 737-800” təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.
Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə – bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.
Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts