“Qəbələ” klubuna yeni məşqçi təyin olunub

Tokio, 30 yanvar , /AJMEDIA/

“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

Klubdan AJMEDIA-ya verilən məlumata görə, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, əvvəllər “Qəbələ”nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts