Qəbələ festivalında açıq səhnədə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib

Tokio, 30 iyul , /AJMEDIA/

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 29-da axşam açıq hava konsert səhnəsində musiqisevərlərə Xalq artistləri Yeganə Axundova, Murad Adıgözəlzadə və xarici ölkələrdən dəvət olunmuş tanınmış musiqiçilərin iştirakı ilə növbəti konsert proqramı təqdim edilib.

AJMEDIA xəbər verir ki, konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında V.A.Motsartın “Seralyadan qaçırılma” operasından uvertüra ilə başlayıb. Orkestrin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

Mustafa Mehmandarovun dirijorluğu ilə gerçəkləşən konsertdə solistlər – beynəlxalq müsabiqələr laureatları Yuri Sayutkin (piano, Türkiyə/Azərbaycan), Dennis Həsənov (violin, Rusiya), Xalq artistləri Yeganə Axundova (piano), Murad Adıgözəlzadə (piano) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Konsertdə Moris Ravelin “Piano (sol əl) və orkestr üçün konsert”, Kamil Sen-Sensin “İntroduksiya və rondo kapriççiozo”, A.Tsfasmanın “Piano və orkestr üçün caz süitası” əsərləri, həmçinin görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Piano və orkestr üçün konsert”indən fraqmentlər səsləndirilib.

Festival çərçivəsində iyulun 30-da saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara kamera musiqisi təqdim ediləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts