Tokio, 12 aprel , /AJMEDIA/
Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır.
AJMEDIA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazir Sergey Lavrov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.
“ABŞ və əlaltıları Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların reallaşdırılmasını istəmirlər”, – o deyib.
Lavrovun sözlərinə görə, Qərb həmçinin, aktiv şəkildə Mərkəzi Asiyaya daxil olmağa çalışır.
“Onlar açıq-aşkar Rusiya Federasiyasını hədəfləyən müxtəlif formatlar yaradır. Strateji planda Qərbin xətti uğursuzluğa məhkumdur” – deyə o əlavə edib.
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın diplomatik orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
İclasın yekunlarına görə qəbul edilən bəyanata əsasən, 2025-ci ildə Gəncə, 2026-cı ildə isə Almatı şəhərinin MDB-nin idman paytaxtı elan olunub.