Putinin Türkiyəyə səfəri Rusiyada prezident seçkilərinə qədər baş tutacaq

Tokio, 23 yanvar , /AJMEDIA/

Vladimir Putinin Türkiyəyə səfəri Rusiyada prezident seçkilərinə qədər baş tutacaq.

AJMEDIA xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Vladimir Putinin Türkiyəyə səfəri seçkilərə qədər, Koreya Xalq Demokratik Respublikasına isə seçkilərdən sonra planlaşdırılır. Peskov əlavə edib ki, Türkiyəyə səfərin dəqiq vaxtı prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında razılaşma əldə edildikdən sonra elan olunacaq.

Qeyd edək ki, Türkiyə mətbuatı səfərin fevralın 12-də baş tutacağı barədə xəbərlər yayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts