Tokio, 6 aprel , /AJMEDIA/
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
İdarədən AJMEDIA-ya bildirilib ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər aprelin 22-dək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqə 3 mərhələdən (elektron qeydiyyat, test imtahanı, müsahibə mərhələsi) ibarətdir.
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər. Test imtahanında namizədlərə 40 sual (20 psixologiya, 10 məntiq, 10 İKT) veriləcək. Uğur qazanmış namizədlər müsahibədə iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqə ilə bağlı sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.