Primorsk Dram Teatrının səhnəsində Heydər Əliyevin 100 illiyi qeyd olunacaq

Tokio, 10 iyul , /AJMEDIA/

Bakıda “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan professional milli teatrının yaranmasının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk diyarı hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Vladivostokun Primorsk diyarının Maksim Qorki adına Akademik Dram Teatrının qastrolları başa çatıb.
AJMEDIA “Rossiyskaya qazeta”nın saytına istinadla xəbər verir ki, Primorskdan olan artistlər tamaşaçılara özlərinin ən yaxşı tamaşalarını – “Ustad və Marqarita, “Nə əldən qoyur, nə yardan doyur”, “Edit və onun şeytanları”nı təqdim ediblər. Rusiyanın teatr truppası qastrolları Valentin Pikulun romanı əsasında səhnələşdirilmiş “Kreyserlər” tamaşası ilə başa vurublar.
Səhnədə teatrın bütün kollektivi və Vladivostok İncəsənət Akademiyasının otuz nəfər tələbəsi öz aktyorluq məharətlərini göstəriblər.
Məşhur “Kreyserlər” tamaşasında 1904-cü il rus-yapon müharibəsinin faciəli hadisələrindən bəhs olunur. Tamaşaçılar həmin müharibənin iştirakçılarının taleyi ilə bağlı baş verənləri izləyirlər. Bu hərbçilər üçün şərəf, vəzifə borcu və vətənə sədaqət quru sözlər deyil, onların həyatlarının mənasıdır.
Bu qastrollar Azərbaycan və Primorsk diyarı arasında yeni dostluq körpüsü olub.
Qeyd edək ki, Primorsk diyarında fəaliyyət göstərən Azərbaycan diasporu sentyabrda Primorsk Diyar Akademik Dram Teatrının səhnəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts