Tokio, 31 may , /AJMEDIA/
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AJMEDIA xəbər verir ki,telefon söhbəti zamanı COP29-da Azərbaycanın sədrliyi və regiondakı siyasi məsələlər barədə fikir mübadiləsi aparılıb.
Finlandiya Prezidenti dövlətimizin başçısının dəvətinə əsasən COP29-da iştirakını təsdiq edib.