Prezidentin köməkçisi işğaldan azad olunmuş ərazilərə səfər etmiş dünya səyyahları ilə görüşüb

Tokio, 20 iyun , /AJMEDIA/

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan dünya səyyahları ilə görüşüb.
AJMEDIA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “Twitter” hesabında yazıb.
“Ən çox səyahət edən insanlar” klubunun üzvləri ilə görüşdən, onları salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad olunmuş ərazilərə səfər edib, Ermənistan vandalizminin miqyasının və işğalın dağıntılarının şahidi olublar. Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi sürətli yenidənqurma və şəhərsalma prosesinə heyran olublar”, – deyə Hikmət Hacıyev yazıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts