Prezident Vladimir Putin: Şimal-Cənub Nəqliyyat Dəhlizinə böyük tələbat yarana bilər

Tokio, 6 iyun , /AJMEDIA/

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə çox böyük tələbat yarana bilər.

AJMEDIA xəbər verir ki, bu fikri iyunun 5-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən bildirib.

Prezident Putin deyib: “Şimal-Cənub dəhlizinə gəldikdə, o, çox yaxşı, tələbat duyulan beynəlxalq dəhlizə çevrilə bilər ki, buradan da yüklər sizin və mənim olduğumuz yerdən – Sankt-Peterburq limanından Avropa hissəsi ilə Azərbaycana, sonra isə İrana və Fars körfəzinin sahilinə göndəriləcək”.

Bu nəqliyyat dəhlizinin Süveyş kanalı ilə müqayisədə yüklərin çatdırılmasını təxminən on gün azaldacağını vurğulayan Vladimir Putin deyib: “Bu, çox qənaətli, səmərəli və sərfəli marşrut olacaq. Ancaq hələ çox iş görmək lazımdır. Biz hər iki tərəfdən iş aparırıq”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts