Prezident İlham Əliyev və müstəqil Azərbaycan dövlətinin son 21 ili

Tokio, 24 dekabr, /AJMEDIA/

Azərbaycan tarix boyu özünün ən qüdrətli dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda yaratdığı reallıqlarla dünyanın diqqət mərkəzindədir. Son 21 ildə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin başçısı seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın qarşıda dayanan vəzifələrin uğurlu icrası, daha qüdrətli, zəngin ölkəyə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 21 ildə həyata keçirlən siyasət sözlə əməl birliyinin, Heydər Əliyev siyasətinə sadiqliyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ötən 20 ilin uğurlarına söykənərək bir daha bu reallıqlara diqqəti yönəltdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Ötən 21 il qələbələrlə zəngin dövr oldu. Bütün çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla addımladı.

Müasir dövlətçilik tariximizə möhtəşəm dövr kimi yazılan son 21 ildə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə dinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində ətrafında sıx birləşdiyi Prezident İlham Əliyevə etimadını təkrarladı.

Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham Əliyevin Liderliyi sayəsində ölkəmiz regionda və dünya birliyində söz sahibinə çevrildi. Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan Prezident İlham Əliyev dövlətimizin iqtisadi və hərbi gücü ilə vədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi.

Dövlətimizn başçısı daim çıxışlarında bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Bu mühüm məqam da ilk gündən bəyan edildi ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünün aydın ifadəsini tapmalıdır. Təbii ki, bu uğurlara yol açan Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Bu strategiyanın uğurlu icrası nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bunun bariz nümunəsi 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, eyni zamanda, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması oldu. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizi tam tərkib istifadəyə verildi.
Ölkəmizin dünyanın enerji və nəqliyyat layihələrinə yeni nəfəs gətirməsi Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısının Azərbaycanı “yaşıl enerji” ölkəsinə çevirmək siyasəti dünya dövlətləri tərəfindən dəstəklənir, tanınmış ölkələrin, investorların alternativ enerji layihələrinə marağı artırır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə ölkəmizin qitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənib. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ölkəmizin enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. Son 21 ildə neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması ilə qeyri-neft sektorunun inkişafına yönələn layihələrin uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. Bu günədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması, bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşməsi uğurlu iqtisadi siyasətin nəticəsidir.

Azərbaycan dünyaya əməkdaşlığın yeni modelini təqdim etməklə birgə səylərin, təcrübə mübadiləsinin nəticəsində davamlı iqtisadi inkişafa nail olur. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin qorunması bu gün dünyaya səs salan tarixi Zəfərimizdə öz sözünü dedi.

Son 21 ilin uğurlarından bəhs edərkən Azərbaycanın iqtisadi imkanlarının artması ilə digər sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətləri xüsusi qeyd etməliyik. Müharibə şəraitində yaşayan ölkə üçün qüdrətli iqtisadiyyatın, güclü ordunun olması vacib şərtlərdəndir. Prezident İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas vəzifə kimi qoyaraq Qələbəyə imza atmaq üçün bütün zəruri amillərin mövcudluğuna səy göstərdi. Azərbaycan hər bir sahədə böyük uğurlara imza atdı. Ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşdı. İnformasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın imza atdığı diplomatik uğurlarda özünün aydın ifadəsini tapdı. Bütün bu uğurlara yol açan əsas amillərdən biri Xalq-Prezident birliyi, həmrəyliyidir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarxili üçtərəfli Bəyanata görə Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan belə Azərbaycana təhvil verildi. Tarixi Zəfərmizdən üç il sonra rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin səbəbləri bəllidir. Bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. 20 sentyabr tarixmizə Dövlət Suverenliyi Günü kimi daxil oldu.

İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 5 şəhərin, 4 qəsəbənin sakinlərinə qovuşması özündə bütün məqamları ehtiva edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının uğurlu icrasıdır. Bu gün əminliklə deyə bilərik ki, Qalib Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qarısıya qoyduğu yeni hədəflərə doğru qətiyyətlə irəliləyir.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts