Prezident İlham Əliyev Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüşüb

Tokio, 6 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İveala ilə görüşüb.

AJMEDIA xəbər verir ki, görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğuladı.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olundu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts