Prezident İlham Əliyev: Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq

Tokio, 16 mart , /AJMEDIA/

Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.

AJMEDIA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

“Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts