Prezident İlham Əliyev: Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir

Tokio, 4 aprel , /AJMEDIA/

Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində.

AJMEDIA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib.

“Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts