Prezident İlham Əliyev: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin legitim maraqlarını və narahatlıqlarını müdafiə edib

Tokio, 28 may , /AJMEDIA/

Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.

AJMEDIA xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması” mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.

Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə Hərəkatın gündəliyinin irəli aparılması üçün səy göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts