Tokio, 24 dekabr , /AJMEDIA/
2003-cü ildə İlham Əliyev ilk dəfə Azərbaycan Respubliaksının Prezidenti seçilərkən onun işğal altında olan torpaqları azad edər’k, ölkəmzin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəcəyini bir çoxları təssəvvür belə edə bilmirdi. Həmin vaxtdan cəmi 20 il sonra onun qalib sərkərdə, Müzəffər Ali Baş komandan kimi Xankəndində hərbi paradı qəbul edəcəyi bəlkədə çoxlarına nağıl, əfsanə kimi gəlirdi. Lakin son illər baş verən hadisələr bütün şübhələrə son qoydu, xalqımızın seçiminin nə qədər düzgün olduğunu göstərdi. Belə ki, bütün dünya tarixi baxımdan çox qısa bir vaxtda 30 illik işğala son qoyulması üçün nümayiş etdirilən böyük siyasəi iradənin, cəsarətin, yüksək səviyyədə dövlətçilik və idarəetmə bacarığının şahidi oldu.
Prezident İlham Əliyev cari il oktyabrın 15-də Xankəndi şəhərində çıxışı zamanı Azərbaycan xalqına verdiyi vədləri yerinə yetirdiyini xatırlatdı: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Dövlətimizin başçısının bu tarixi sözləri məhz Xankəndi şəhərində səsələndirməsi İlham Əliyevin verdiyi bütün vədləri yerinə yetirməsinin təkzibolunmaz təsdiqidir.
İlk dəfə 2003-cü il oktyabrın 15-də Prezident seçilən İlham Əliyev qısa müddətədə Ulu Öndər Heydər Əliyevin siyasi varisi olmaqla yanaşı, bu kursu mükəmməl öyrəndiyini və ona sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan xalqının seçimini İlham Əliyevin xeyrinə müəyyən edən amillər həm də onun şəxsi keyfiyyətləri və siyasi fəaliyyəti ilə bağlı idi. Bunu təsdiq etmək üçün İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin birinci və ikinci çağırışı dövründəki deputat fəaliyyəti, AŞPA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri kimi uğurları, YAP-ın I qurultayında partiya sədrinin müavini, II qurultayında isə birinci müavini seçilməsi, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına rəhbərliyinin uğurla nəticələnməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olması, “Əsrin müqaviləsi” ilə bağlı aparılan danışıqlarda oynadığı təkzibolunmaz rol, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi fəaliyyəti, Baş nazir vəzifəsində qazandığı təcrübə, bütün bu uğurlu fəaliyyətin fonunda onun peşəkar siyasətçi kimi formalaşması, idarəetmə qabiliyyəti, intellektual səviyyəsi, bilik və bacarıqları 2003-cü il prezident seçkilərinin nəticələrində böyük rol oynadığını xatırlatmaq kifayətdir.
Növbəti prezident seçkilərində İlham Əliyevin qələbəsini şərtləndirən digər amillər artıq onun öz prezidentlik fəaliyyəti, onun rəhbərliyi dövründə dövlətimizin keçdiyi inkişaf yolu ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi, ölkədə sabitliyin qorunması, daim inkişafa, tərəqqiyə, xalqın rifahının yüksəldilməsinə yönələn, humanizm ideyalarına, milli-mənəvi dəyərlərə və ən önəmlisi milli maraqlara söykənən siyasət Prezident İlham Əliyev diplomatiyasının əsasında dayanır. Onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsini, milli-mənəvi dəyərlərimizin qorunmasını təmin edərək, paralel olaraq ölkəmizdə tolerantlığın, multikulturalizmin möhkəmlənməsinə xidmət edib və nəticədə Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınıb.
Prezident İlham Əliyevin qazandığı uğurlardan danışarkən onun hakimiyyətdə olduğu son 20 ildə ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri xüsusi olaraq vurğulamaq lazımdır. Həmin dövrdə ümumi daxili məhsul, adambaşına düşən büdcə xərcləri artıb, eləcə də dövlət büdcəsinin illik sosial müdafiə xərcləri, minimum əməkhaqqı, orta aylıq pensiyalar, qeyri-neft-qaz sektorunun gəlirləri, ölkənin xarici ticarət dövriyyəsi, ixracın həcmi, iqtisadiyyata yönəldilən investisiyalar, o cümlədən regionlara yatırılmış investisiyaların həcmi, sənaye məhsullarıının istehsalı, strateji valyuta ehtiyatları dəfələrlə çoxalıb.
Son dövrlərdə xüsusən, enerji və nəqliyyat-logistika sahəsində Azərbaycan Prezidentinin xidmətləri və xarici ölkələrlə bu sahədə aparılan uğurlu əməkdaşlıq, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, 2022-ci ilin iyulunda Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması və onun sürətlə icra edilərək Avropaya enerji ixracını artırmağımız ölkəmizə enerji sahəsində “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını qazandırıb. Artıq Azərbaycanın nəinki yalnız neft-qaz sektoruna, iqtisadiyyatın digər sahələrinə, eləcə də ekoloji cəhətdən daha təmiz olan yaşıl enerji zonalarına investisiya cəlbediciliyi ən yüksək səviyyəyə çatıb.
Prezident İlham Əliyevin rəhbərliyi dövrünü ölkəmiz üçün əlamətdar edən digər mühüm məqam Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərin müəllifinə çevrilməsi və beynəlxalq aləmdə nüfuzunun, rolunun güclənməsidir. Ölkəmizin 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyanın ən böyük ikinci təşkilatı olan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın güclənməsi, qardaş Türkiyə başda olmaqla qardaş dövlətlərlə etibarlı dostluq münasibətlərinin möhkəmləndirilməsi, 20 il ərzində Azərbaycanın saysız-hesabsız beynəlxalq tədbirlərə, forumlara ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qüdrətinin göstəricisidir. Yaxın günlərdə bu uğurlara daha bir böyük uğur əlavə olundu, Azərbaycana, onun liderinə olan böyük etimadın və hörmətin növbəti təzahürü kimi dünya dövlətləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi.
Pandemiya ilə mübarizə dövründə Azərbaycan Prezidentinin sərgilədiyi siyasət isə onun yüksək şəxsi keyfiyyətləri ilə fərqlənən lider kimi ümumbəşəri dəyərlərin daşıyıcısı olduğunu bütün dünyaya göstərib. Pandemiya ilə mübarizənin ilk günlərindən dövlətimizin başçısı bu işdə həmrəyliyin vacib olmasını qeyd etmiş, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxıb. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya da keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə Azərbaycan xalqı və dövləti qarşısında bütün xidmətlərini sadalamaqla bitirmək mümkün deyil. Bütün sahələrdə, o cümlədən mədəniyyət, elm-təhsil, səhiyyə, idman sahəsində qazanılmış uğurlar, Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, Avroviziya Mahnı Müsabiqəsinə, yüzlərlə digər elmi, mədəni, idman sahəsində beynəlxalq və nüfuzlu tədbirlərə ev sahibliyi etməyimiz, 2013-cü ildə ilk süni peykimizi orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilməyimiz, bütün bunlar dövlətimizin başçısının məqsədyönlü xidmətlərinin nəticəsi kimi yüksək qiymətləndirilməlidir.
Vüqar Ağayev