Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

Tokio, 21 dekabr, /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar Prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.

AJMEDIA xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: “Maqdeburq şəhərindəki Milad yarmarkasında baş vermiş faciəli hadisə nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı”.

Dövlətimizin başçısı faciə ilə əlaqədar Frank-Valter Ştaynmayerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts