Prezident İlham Əliyevin müsahibələri günün reallıqlarını, dövlətimizin haqqa əsaslanan mövqeyini əks etdirir

Tokio, 29 iyul , /AJMEDIA/

Prezident İlham Əliyev dünyanın aparıcı media təşkilatlarının xarici nümayəndələrinə verdiyi müsahibələr bu günün real hadisələrini, həqiqətlərini əks etdirir və dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüququn normalarına əsaslanan mövqeyini ortaya qoyduğunu nümayiş etdirir. Dövlətimizin başçısının iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi Azərbaycanın davamlı inkişafını, postmünaqişə dövrünün reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqda növbəti addım oldu.
Bunu AJMEDIA-ya açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq aləmdə sabit ölkə və etibarlı tərəfdaş kimi tanınan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə istər regional, istərsə də beynəlxalq əməkdaşlıq kontekstində çox mühüm tərəfdaş kimi çıxış edir. Dünyanın inkişaf etmiş dövlətləri qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri qururlar. O cümlədən dünyanın diqqətini özünə cəlb etməyi bacaran Çin Xalq Respublikası ilə Azərbaycan arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Çin-Azərbaycan dostluğunu Prezident İlham Əliyev müsahibəsində bir daha xatırladıb, coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşən iki ölkənin milli maraqlara söykənən dostluq əlaqələrindən danışıb.
Deputat qeyd edib ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev Çinə uğurlu səfərindən sonra iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına hər zaman əlverişli zəmin yaradıb.
“Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd edildiyini vurğulayan ölkə Prezidenti qeyd edib ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaradıb. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.
Müsahibədə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı layihəyə də diqqət çəkilib. Çinin irəli sürdüyü bu təşəbbüsə Qafqaz regionunda dəstək verən ilk ölkə Azərbaycan oldu və layihədə iştirak edən ölkələr arasında 307 günə infrastruktur layihəsini icra edərək rekorda imza atdı”, – deyə Pərvin Kərimzadə bildirib.
“Azərbaycan Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.
İki ölkənin iqtisadi əməkdaşlıq məsələlərində mövqeləri hər zaman üst-üstə düşür. Bu da regional təhlükəsizliyə və sabitliyə böyük töhfə verir”, – deyən deputatın sözlərinə görə, dövlətimizin başçısı nəinki müsahibələrində, eləcə də ən mötəbər tribunalarda səsləndirdiyi fikirlərində daim Azərbaycanın regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış etdiyini bütün dünyaya çatdırır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts