Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü bu il noyabrın sonuna qədər baş tuta bilər

Tokio, 31 avqust , /AJMEDIA/

Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü bu il noyabrın sonuna qədər baş tuta bilər.

AJMEDIA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün keçirilən iclasın yekunlarına dair bəyanatında deyilir.

“May ayında son görüşümüz zamanı razılaşdırıldığı kimi, bu gün mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdim. Bu, bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələrimiz Cənubi Qafqazda baş verən son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasında münasibətlərə yönəldilib”, – deyə bəyanatda bildirilib.

Ş.Mişel qeyd edib ki, baş tutan fikir mübadiləsi açıq və məhsuldar olub: “Bunun üçün hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki məsələlərin bütün spektrini nəzərdən keçirdik. Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliləyişi istiqamətində bir çox addımlar atılıb”.

Avropa İttifaqı rəhbərinin sözlərinə görə, görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsinin təşviqi üçün əsaslı işi aktivləşdirmək barədə razılığa gəliblər.

Həmçinin bildirilib ki, üçtərəfli formatda oxşar görüş noyabrın sonuna qədər yenidən baş tuta bilər.

Qeyd edək ki, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts