Prezident İlham Əliyev: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq

Tokio, 26 avqust , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşım edib.
AJMEDIA paylaşımı təqdim edir: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts