Prezident İlham Əliyev Alman Birliyi Günü münasibətilə AFR Prezidenti Frank-Valter Ştaynmayeri təbrik edib

Tokio, 3 oktyabr , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman Birliyi Günü münasibətilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
AJMEDIA xəbər verir ki, Azərbaycanın Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyinin vurğulandığı məktubda deyilir: “Almaniya bizim üçün vacib tərəfdaş və dost ölkədir. Diplomatik münasibətlərimizin qurulduğu ötən onilliklər ərzində dövlətlərarası əlaqələrimizin dinamik inkişaf etməsi, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi məmnunluq doğurur”.
Hazırda qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan ilə Almaniya arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal əməkdaşlıq əlaqələrinin bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəyinə inamını ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts