Prezident: Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir

Tokio, 14 mart , /AJMEDIA/

Elektrik enerjisinin ötürülməsi ən vacib məsələlərdən biridir. Çünki bu gün bizim ixrac imkanlarımız ötürülmə gücləri ilə məhdudlaşır.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib.
“Xatirimdədir ki, Gürcüstan və Türkiyə vasitəsilə maksimum 1000, yaxud 1500 meqavat ötürmə qabiliyyəti var. Hər iki ölkədə – Gürcüstan və Türkiyədə bu həcmlər tamamilə son həddədir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, buna görə ötürmə qabiliyyətinin artırılması üçün həmin iki ölkəyə əlavə sərmayələr yatırılmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts