Tokio, 26 sentyabr, /AJMEDIA/
Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib.
AJMEDIA xəbər verir ki, bunu Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”.