Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” isə “Neftçi”ni qəbul edəcək

Tokio, 20 avqust , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulacaq.
AJMEDIA xəbər verir ki, günün ilk oyununda son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Üç xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.
Turun sonuncu matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Rəqibindən bir oyun az keçirən meydan sahibləri 3 xalla 4-cü, “ağ-qaralar” isə 1 xalla 8-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Turan Tovuz” səfərdə “Kəpəz”i 2:0, “Sumqayıt” “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 2:1 hesabı ilə üstələyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts