Polşa klubu Almaniya millisinin sabiq futbolçusu ilə müqaviləni yeniləyib

Tokio, 20 may , /AJMEDIA/

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın “Qurnik” klubu ilə müqaviləni yeniləyib.
AJMEDIA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Otuz yeddi yaşlı hücumçunun sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.
Qeyd edək ki, əslən polşalı olan Podolski 2021-ci ildən “Qurnik”də çıxış edir. O, bu mövsüm Polşa çempionatında 27 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts