Peter Mixalko: Beynəlxalq humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan vətəndaşlarının qısa müddətdə Qarabağa qayıtması üçün vacibdir

Tokio, 31 may , /AJMEDIA/

“Beynəlxalq humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan vətəndaşlarının Qarabağa qısa müddətdə qayıtması və orada yaşıl siyasətin həyata keçirilməsi üçün vacibdir. Avropa İttifaqı bu istiqamətdə Azərbaycana dəstək verməyə hazırdır. Bu, Cənubi Qafqazda sülhün bərqərar olmasına verilən dəstəyin bir hissəsidir”.

AJMEDIA xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Ətraf mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması” panel müzakirəsində deyib.

“Ümid edirəm ki, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycana yeni tərəfdaşların gəlməsinə zəmin yaradacaq”, – deyə səfir bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts