Pekində İranın nüvə məsələsinə dair üçtərəfli görüş keçirilir

Tokio, 14 mart, /AJMEDIA/

Pekində İranın nüvə məsələsinə dair Çin, Rusiya və İranın üçtərəfli görüşü başlayıb.

AJMEDIA xəbər verir ki, Çin xarici işlər nazirinin müavini Ma Caosunun sədrlik etdiyi görüşdə onun rusiyalı və iranlı həmkarları Sergey Ryabkov və Kazem Qaribabadi iştirak edirlər. Tərəflər İranın nüvə məsələsindən başqa qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edəcəklər.

Üçtərəfli görüşdən əvvəl Çin və İranın nazir müavinlərinin görüşü olub. Tərəflərin İranın nüvə məsələsinə dair fikir mübadiləsi apardığı görüşdə Ma Caosu Çinin bu məsələdə obyektiv və ədalətli mövqe tutduğunu bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts