Tokio, 24 Sentyabr, /AJMEDIA/
Pekində 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunları böyük ehtimalla tamaşaçısız baş tutacaq.
AJMEDIA xəbər verir ki, bu barədə Beynəlxalq Buz Hokkeyi Federasiyasının prezidenti Rene Fasel təşkilatın qurultayı zamanı məlumat verib. O qeyd edib ki, azarkeşlərin Pekində keçiriləcək Oyunlara qatılıb -qatılmayacağı ilə bağlı qərarın oktyabr ayında verilməsi gözlənilir.
Pekin Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək.
Qeyd edək ki, bu il təşkil edilmiş Tokio Yay Olimpiya Oyunlarında azarkeşlərin iştirakına icazə verilməyib.