Tokio, 04 iyun, /AJMEDIA/
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib.
ADPU-dan AJMEDIA-ya bildirilib ki, iyunun 4-də rektor professor Cəfər Cəfərov universitetdə yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.
Rektor İmtahan Qərargahı və Apellyasiya Komissiyasının işi, eyni zamanda, imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.
ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada təşkil edilir və iyulun 4-dək davam edəcək. Sessiyada 9344 bakalavr, 585 magistrant olmaqla ümumilikdə 10 minədək təhsilalanın iştirakı gözlənilir.