Pedaqoji Universitet gələcəyin müəllimləri üçün çoxşaxəli təcrübə imkanları yaradır

Tokio, 9 mart , /AJMEDIA/

Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrin təcrübəsinin təşkili istiqamətində çoxşaxəli fəaliyyət icra olunur. Ümumtəhsil məktəbləri ilə yanaşı, “Landau School”, “Hədəf” liseyi, Azərbaycan-Britaniya məktəbi kimi özəl və beynəlxalq müəssisələrdə də tələbələrin pedaqoji təcrübə keçməsi və karyera imkanlarını artırmaları təmin olunur.

Pedaqoji Universitetdən AJMEDIA-ya bildirilib ki, bu ildən etibarən alqoritmika təlimlərinə cəlb olunan 166 tələbənin təcrübəsi alqoritmika sinifləri olan məktəblərdə, 67 könüllü tələbənin təcrübəsi isə pedaqoji internatura əsasında ucqar rayonlarda təşkil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts