Paytaxtın Tbilisi prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb

Tokio, 5 sentyabr , /AJMEDIA/

Paytaxtın Tbilisi prospektində görülən təmir-bərpa işləri hazırda hərəkət iştirakçılarının yoldan rahat və təhlükəsiz istifadəsinə imkan yaradıb.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev AJMEDIA-ya bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən aparılan təmir işləri həmin prospektdə hərəkət intensivliyi nəzərə alınaraq, əsasən gecə saatlarında, eləcə də həftəsonları icra edilərək qısa müddət ərzində yekunlaşıb.
Zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilib. Bütün bu müddət ərzində hərəkət iştirakçılarının təhlükəsizliyi üçün Dövlət Yol Polisi tərəfindən qabaqlayıcı tədbirləri görülüb.
Təmirlə əlaqədar yolda tətbiq olunan məhdudiyyətlər, eləcə də hərəkətin təşkili ilə bağlı görülən tədbirlər barədə Dövlət Yol Polisi tərəfindən əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib, habelə təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan Yol Patrul Xidməti əməkdaşları sürücü və piyadaların yoldan təhlükəsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıb, bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib.
Bu haqda ictimaiyyət tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanan çoxsaylı müraciətlərdə təmirlə əlaqədar yaranan müvəqqəti narahatlığın anlayışla qarşılandığı bildirilib və Yol Patrul Xidməti əməkdaşlarının onların təhlükəsizliyi və rahatlığı üçün fasiləsiz xidmət aparması xüsusi vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts