Paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq

Tokio, 30 noyabr , /AJMEDIA/

Azərbaycanda dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-12°, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında az çiskin olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts