Pasiyentlər icbari tibbi sığorta hesabına aldıqları xidməti qiymətləndirə biləcəklər

Tokio, 22 noyabr , /AJMEDIA/

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş məmnunluğunun yüksəldilməsi üçün növbəti illər üçün qarşısına bir çox məqsədlər qoyub. İlk olaraq vətəndaş məmnunluğunu ölçmək üçün “e-Tabib” mobil tətbiqi üzərindən icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətləri qiymətləndirmək mümkün olacaq”.

Bunu agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

A.Əhmədovanın sözlərinə görə, tibbi xidmətin qiymətləndirilməsi zamanı müvafiq xidmət üzrə rəy yazmaq mümkün olacaq, pasiyentlər tibbi personalın davranışı, pasiyentə olan münasibət, xəstəxanadakı şərait və digər məsələlərlə bağlı mobil tətbiq üzərindən fikirlərini bildirə biləcəklər. “Biz öz növbəmizdə bunları ətraflı təhlil edib keyfiyyətin artırılması üçün müvafiq tədbirlər görəcəyik. Əsas hədəfimiz universal tibbi təminata, keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaqdir. İnanırıq ki, görüləcək bu tədbirlər tibbi xidmətlərin əhali üçün daha əlçatan olmasına və məmnunluğun artmasına, onların maliyyə risklərindən mühafizəsinə gətirib çıxaracaq”, – deyə A.Əhmədova qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts