Paşinyan Türkiyə ilə sərhədlərin açılacağına ümid edir

Tokio, 30 oktyabr , /AJMEDIA/

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhəddə nəzarət-buraxılış məntəqələrinin açılması barədə razılaşmanın yaxın zamanlarda reallaşacağına ümidini ifadə edib.

AJMEDIA xəbər verir ki, Nikol Paşinyan bunu parlamentdə 2024-cü il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.

“Ümid edirəm ki, yaxın zamanlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin sərhədlərin açılması barədə danışıqlarında əldə olunan razılaşmanı reallaşdıra biləcəyik. Bu mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, hazırda nəzarət-buraxılış məntəqələrində infrastrukturun bərpası işləri görülür.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts