Parlamentin payız sessiyasında növbəti iclası keçirilir

Tokio, 27 dekabr , /AJMEDIA/

Dekabrın 27-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilir.
AJMEDIA xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova iclası açaraq gündəliyə 23 məsələnin daxil edildiyini bildirib.
1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş);
2. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
3. “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
4. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
5. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
6. “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
7. “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);
8. “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
9. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);
10. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);
11. “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
12. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
13. “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
14. “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
15. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);
16. “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
17. “Telekommunikasiya haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);
18. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);
19. “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
20. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş);
21. “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş);
22. Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Follow us on social

Facebook Twitter Youtube

Related Posts