Tokio, 28 avqust, /AJMEDIA/
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin rəsmiləri Parisdəki Atletlər kəndində Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
MPK-nın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, görüş zamanı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlandığı vurğulanıb.
“Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılara uğurlar arzulanıb. Onların dördilliyin ən mötəbər turnirində yeni parlaq qələbələrə imza atmaq əzmində olduğu bildirilib.