Parisdə Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində görülən işlər müzakirə olunub

Tokio, 03 aprel, /AJMEDIA/

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Parisə səfəri başa çatıb. Səfər zamanı Hakan Fidanın Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşündə bir sıra məsələlərlə yanaşı, Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində görülən işlər də müzakirə olunub.

Bu barədə AJMEDIA-ya Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Türkiyə ilə Fransa arasındakı ikitərəfli məsələlər və regional hadisələr ətraflı nəzərdən keçirilib.

Hakan Fidan görüşlərdə Avropanın yeni təhlükəsizlik mexanizminin formalaşmasında Aİ-yə üzv olmayan ölkələrlə koordinasiyanın artırılmasının vacibliyinə toxunub.

Fransa rəsmisi ilə danışıq zamanı nazir Fidanın gündəmə gətirdiyi məsələlər arasında Türkiyə-Aİ əlaqələrində süni maneələrin aradan qaldırılması, ittifaqın bu istiqamətdə atacağı konkret addımlar, rəsmi Parisdən bununla bağlı gözləntilər, Gömrük İttifaqının yenilənməsi, iqtisadi əlaqələr və enerji məsələlərində əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün atılacaq addımlar yer alıb.

Türkiyədə baş verən son hadisələrə toxunan Hakan Fidan bu məsələ ilə bağlı ikili standartlara diqqət çəkərək Fransa və Rumıniyada olduğu kimi, bu işdə də məhkəmə proseslərinin tamamlanmasının gözlənilməsinin zəruriliyini vurğulayıb. O, ölkəsinin Fransada baş verənləri yaxından izlədiyini bildirib.

Danışıqlar zamanı Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları, eləcə də Suriyadakı son hadisələr müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts