Tokio, 24 oktyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Parisdə Heydər Əliyevin 100 illiyi münasibətilə caz konserti təşkil edilib
Paris şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş caz konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan–Fransa Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Paris Caz Klubunda baş tutan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Fransanın Azərbaycandakı sabiq səfiri Jan-Pyer Günyüt, fransalı jurnalistlər, professorlar və digər şəxslər iştirak ediblər.
Konsert öncəsi çıxış edən Azərbaycan–Fransa Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye Menil ömrünü qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin tarixində parlaq və bənzərsiz səhifə açmasından, vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb.
Konsertdə azərbaycanlı pianoçu Elçin Şirinovun ifasında Azərbaycan caz musiqiləri səsləndirilib. Onu kontrabasda Yoni Zelnik, zərb alətlərində Karl Yannuska müşayiət ediblər. Fransalı müğənni Elya Tayeb məşhur xanəndə, Azərbaycanın xalq artisti Sara Qədimovanın repertuarından “Küsüb getdi” mahnısını ifa edib.