Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər

Tokio, 6 dekabr, /AJMEDIA/

“Paris-2024” Yay Olimpiya Oyunlarının finalçıları, Avropa birincisi və dünya üçüncüsü olan Azərbaycanın qrup hərəkətləri komandasının üzvləri Milli Gimnastika Arenasında ustad dərsi keçiblər.

Azərbaycan Gimnastika Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, dərs müddətində kiçikyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması və özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.

Sonda komanda üzvləri iştirakçılara öz avtoqraflarını təqdim ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts