Paris Olimpiadasında iştirak edəcək Azərbaycan gimnastları ilə görüş keçirilib

Tokio, 23 iyul , /AJMEDIA/

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov “Paris-2024” Yay Olimpiya Oyunlarında gimnastika üzrə ölkəmizi təmsil edəcək lisenziyaçılar və nümayəndə heyəti ilə görüşüb.

Federasiyadan AJMEDIA-ya verilən məlumata görə, o, idmançıların son hazırlıqları ilə maraqlanıb və onlara uğurlar arzulayıb.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.

Qeyd edək ki, Azərbaycanı Paris Olimpiadasında bədii gimnastika üzrə Zöhrə Ağamirova, eləcə də Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası, batut gimnastikası üzrə isə Selcan Mahsudova təmsil edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts