Paris Olimpiadasında ikinci yeri tutan Azərbaycan boksçusu mükafatlandırılıb

Tokio, 10 avqust, /AJMEDIA/

“Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes mükafatlandırılıb.

AJMEDIA xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançımıza gümüş mükafat təqdim olunub.

Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominqes ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris Olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan boksçu gümüş medalla kifayətlənib.

Bu Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı 5-ci medal olub. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts