Palata sədri: Son illər Azərbaycanda şəffaflığın artırılmasında mühüm nailiyyətlər əldə edilib

Tokio, 13 yanvar , /AJMEDIA/

Son illər Azərbaycanda şəffaflığın artırılmasında, hesabatlılığın təkmilləşdirilməsində, qanunun aliliyində mühüm nailiyyətlər əldə edilib.

AJMEDIA xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov deyib.

Diqqətə çatdırılıb ki, şəffaflığın artırılması onların qarşısına ən mühüm vəzifə olaraq qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, kölgə iqtisadiyyatının azaldılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, idarəetmə sistemində və bütövlükdə iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsi Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın inkişafı üçün zəmin yaradır.

“Bu il ölkəmizi daha böyük uğurlar gözləyir. Ötən ilin dekabrında ölkəmiz üçün çox tarixi bir hadisə oldu. Belə ki, COP29 tədbirin Azərbaycanda keçirilməsinə dünya ölkələri yekdilliklə səs verdi. Bu da Azərbaycanın daha bir uğuru deməkdir”, – deyə V.Novruzov qeyd edib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts