Pakistanlı tələbələr Şuşa-Xankəndi yolundakı ekoaksiyada iştiraka hazırdır

Tokio, 26 dekabr , /AJMEDIA/

Pakistanlı tələbələr İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏTGF) Avrasiya Regional Mərkəzinin (ARM) ekoaksiya təşəbbüsünə qoşulublar.
İƏTGF-dən AJMEDIA-ya bildirilib ki, Azərbaycanda təhsil alan Pakistanlı Tələbə Assosiasiyasının (APTA) İdarə Heyəti azərbaycanlı ictimai fəalların artıq iki həftədir Şuşa-Xankəndi yolunda keçirdikləri ekoloji aksiyaya dəstək bəyanatı ilə çıxış edib.
Bəyanatda Qarabağda ermənilərin qeyri-qanuni fəaliyyəti nəticəsində ətraf mühitə vurulan ziyandan narahatlıq və bununla bağlı azərbaycanlı ekoloqların tələblərinin yerinə yetirilməsinin vacibliyi öz əksini tapıb. Sənəddə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin bu istiqamətdə apardığı fəaliyyət, Qarabağdakı bərpa işləri yüksək qiymətləndirilib, eləcə də Azərbaycanda təhsil alan pakistanlı tələbələrin könüllü kimi Qarabağda ətraf mühitin qorunmasına yönəlik monitorinq fəaliyyətində iştirak etməyə hazır olduqları qeyd edilib.
Bir müddət öncə Pakistanda fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut və Gənc Diplomatlar Forumu, eləcə də İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası və İndoneziya İƏT Gənclər Forumu analoji bəyanatlarla çıxış ediblər.
Qeyd edək ki, bu yaxınlarda (İƏT GF ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib. Bəyanatda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir, eyni zamanda, keçiriləcək monitorinqlərin obyektivliyini təmin etmək məqsədilə Azərbaycan ekoloji könüllülərinə dəstək olaraq Avrasiya regionu gənc ekoloqlarından ibarət heyətin monitorinqlərə qatılmasına hazırlıq ifadə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts