Pakistanın sabiq Baş naziri İmran Xan həbs olunub

Tokio, 5 avqust , /AJMEDIA/

Pakistanın sabiq Baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.
AJMEDIA “Dawn” qəzetinə istinadla xəbər verir ki, İmran Xan korrupsiyada təqsirli bilinib. Məhkəmə, həmçinin onu 100 min rupi (1200 ABŞ dolları) məbləğində cərimələyib.
Sabiq Baş nazirin vəkilinin sözlərinə görə, polis İmran Xanı Lahor şəhərindəki iqamətgahında həbs edib.
İmran Xan hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ona qarşı çoxsaylı ittihamlar irəli sürülüb. O, bu ittihamların siyasi xarakter daşıdığını bildirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts