Pakistanın İspaniyadakı səfiri: Ermənistan sülh şərtlərini qəbul etməlidir

Tokio, 28 Sentyabr, /AJMEDIA/

Azərbaycan və Pakistan iki qardaş ölkədir.

Bunu AJMEDIA-ya müsahibəsində Pakistanın İspaniyadakı səfiri Şujat Ali Rathore bildirib.

“Biz işğal olunmuş torpaqların azad edilməsi uğrunda şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Biz həlak olan qəhrəmanların analarına borcluyuq. Ümid edirəm ki, bütün bölgədə uzunmüddətli və möhkəm sülh bərqərar olacaq. Ermənistan sülh şərtlərini qəbul etməlidir və Ermənistanı özünə dost hesab edən ölkələr onu bu danılmaz şərtləri qəbul etməyə çağırmalıdır. Beləliklə də, bölgədə sülh və firavanlıq hökm sürəcək”, – deyə Ş.Rathore vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts