Pakistanın İslamabad şəhərində PreCOP29 Dialoqu keçirilir

Tokio, 28 oktyabr, /AJMEDIA/

Pakistanın İslamabad şəhərində “Dubaydan Bakıya” başlığı altında PreCOP29 Dialoqu keçirilir.

AJMEDIA xəbər verir ki, tədbirdə Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam, BMT İnkişaf Proqramının Pakistandakı nümayəndəsi Samuel Rizk, həmçinin ekspertlər iqlim dəyişikliyi və onun qlobal təsirləri haqqında danışıblar.

Dialoq zamanı hökumət rəsmiləri bildiriblər ki, Bakıda keçiriləcək COP29-dan müsbət nəticələr gözləyirlər. Pakistan nümayəndə heyəti ölkənin qlobal iqlim və ətraf mühit dəyişikliyindən ən çox əziyyət çəkən on həssas ölkə sırasında olduğunu vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts